AzShinE.AydaForuM.Ru
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Axtardığınız hər şey burdaa!!!
 
AnasayfaAnasayfa  Latest imagesLatest images  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  
En son konular
» www.grafopage.com
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeŞ. İyun 07, 2014 9:19 pm tarafından Tural

» 9-cu sinifler ucun buraxilis imtahani
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeB.e. İyun 04, 2012 6:00 pm tarafından Student97_BOY

» Ad GüNüN MüBaRəK XəDiCə ..!
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeB.e. İyul 06, 2009 9:02 pm tarafından x_lady

» kim gelsin
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeB. İyun 28, 2009 7:39 pm tarafından x_lady

» Forumda yangin hadisesi baw verse hansi istifadecini xilas ederdiniz?
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeC. İyun 26, 2009 12:10 am tarafından x_lady

» SENDEN USDEKI USERIN NECE YASI
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeC. İyun 26, 2009 12:04 am tarafından x_lady

» SEN NECEDE...
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeC.a. İyun 25, 2009 11:58 pm tarafından x_lady

» neynerdim?
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeC. İyun 19, 2009 2:42 am tarafından x_lady

» RUH HALINIZI MAHNI SOZLERI ILE DEYIN
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeC. İyun 19, 2009 2:31 am tarafından x_lady

Navigation
 Portal
 Ana səhifə
 İstifadəçi siyahısı
 Şəxsi mə`lumat
 MVS
 Axtar
En iyi yollayıcılar
x_lady
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_lcapAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_voting_barAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_rcap 
AzeriGuzeli
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_lcapAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_voting_barAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_rcap 
Dj_GirL_OnE
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_lcapAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_voting_barAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_rcap 
Tural
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_lcapAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_voting_barAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_rcap 
KALORIM
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_lcapAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_voting_barAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_rcap 
Student97_BOY
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_lcapAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_voting_barAzərbaycaN Dilinin Orfoqrafik Qaydaları I_vote_rcap 
Istatistikler
Cəmi 28 qeydiyyatlı istifadəçimiz var.
Yeni istifadəçimiz: Turad sizi forumumuzda görməyə şadıq!

Cəmi 303 ismarıc göndərilib. bunda 68 konu
Galeri
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Xətdəkilər
Cəmi 1 istifadəçi xətdədir: heç bir qeydiyyatlı, heç bir gizli və 1 qonaq

Yoxdur!

Son 1 saat üçün aktiv 45 istifadəçi C. Apr. 22, 2011 4:44 am tarixində xətdə olub.

 

 AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
AzeriGuzeli
*** ADmiNistRatoR ***
*** ADmiNistRatoR ***
AzeriGuzeli


İsmarıc sayı : 129
Join date : 13/05/09
Age : 32

AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeÇər. İyun 03, 2009 6:30 am

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 1082 nömrəli qərarı ilə təsdiq edilmişdir. Yeni orfoqrafiya qaydalarının tam mətni aşağıdakı kimidir


Saitlərin yazılışı

O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.
Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.
Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.
Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

Samitlərin yazılışı

Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə.
Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.
Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.
Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.
Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.
Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent,konsert,sirk,sement,lisey.
Vitse sözü istisnadır.
Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır:
Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
Rus dilində tərkibində h olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.
Əsli h samitli alınma sözlər h ilə yazılır: Heyne, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.
Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.
Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.

Şəkilçilərin yazılışı

Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:
1. Bir cür yazılan şəkilçilər:
1) -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;
2) -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
2. İki cür yazılan şəkilçilər:
Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.
3. Dörd cür yazılan şəkilçilər:
1) -kı, -ki, -ku, -kü şəkilçiləri: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;
2) sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçiləri: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü;
3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər:
sonu kar samitlə bitənlərdə:
a) -ki, -qı, -kü, -qu: seçki, bıçqı, sürtkü, pusqu;
b) -kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun;
sonu cingiltili samitlə bitənlərdə:
a) -gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;
b) -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.
4) -ıstan, -istan, -ustan, -üstan şəkilçiləri samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.
Qeyd. Saitlə bitənlərdə -stan yazılır.

Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.
Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq, aşağıdakı hallarda defisdən istifadə edilir:
1) qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top;
2) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market;
3) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal;
4) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.

Köməkçi sözlərin yazılışı

İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş...
Qoşmalar iki cür yazılır:
birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;
ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə) aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.
Qeyd. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.
Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.
Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.
-mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır.
Onlar aid olduqları sözlərə bitişik yazılır: Kitabdırmı? Qəşəngdirmi? Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana?
Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?
Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
Birinci hərfi böyük yazılan sözlər
Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar...
Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan.

İxtisarlar (abreviaturlar)

İxtisarlar üç cür yazılır:
a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild)..;
b) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Dövlət Teleqraf Agentliyi)..;
c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod)
İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin

Sözün sətirdən sətrə keçirilməsi

Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər
Bir saitdən ibarət hecalar istisnadır: ai-lə-li...
Əvvələ qayıt Aşağa gitmek
http://azshine.aydaforum.ru
x_lady
*** JurNaLisT ***
*** JurNaLisT ***
x_lady


İsmarıc sayı : 167
Join date : 02/06/09
Age : 30
Şəhər/ölkə : AZERBAYCAN\BAKI

AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: Geri: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeÇər. İyun 03, 2009 8:03 pm

cox maraqli ve vacib melumatlard canim tskler
Əvvələ qayıt Aşağa gitmek
AzeriGuzeli
*** ADmiNistRatoR ***
*** ADmiNistRatoR ***
AzeriGuzeli


İsmarıc sayı : 129
Join date : 13/05/09
Age : 32

AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: Geri: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeÇər. İyun 03, 2009 8:11 pm

Bunları bilmək hər şagirdin borcudu həəəə??? <--
Əvvələ qayıt Aşağa gitmek
http://azshine.aydaforum.ru
x_lady
*** JurNaLisT ***
*** JurNaLisT ***
x_lady


İsmarıc sayı : 167
Join date : 02/06/09
Age : 30
Şəhər/ölkə : AZERBAYCAN\BAKI

AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: Geri: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeÇər. İyun 03, 2009 8:18 pm

elbetdki borcudu mende bilirem deeeeeeeee
Əvvələ qayıt Aşağa gitmek
AzeriGuzeli
*** ADmiNistRatoR ***
*** ADmiNistRatoR ***
AzeriGuzeli


İsmarıc sayı : 129
Join date : 13/05/09
Age : 32

AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: Geri: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeÇər. İyun 03, 2009 8:35 pm

Həəəəəəə
Əvvələ qayıt Aşağa gitmek
http://azshine.aydaforum.ru
x_lady
*** JurNaLisT ***
*** JurNaLisT ***
x_lady


İsmarıc sayı : 167
Join date : 02/06/09
Age : 30
Şəhər/ölkə : AZERBAYCAN\BAKI

AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: Geri: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeÇər. İyun 03, 2009 8:48 pm

basqa cur hec ola ds bilmez ureyim love
Əvvələ qayıt Aşağa gitmek
AzeriGuzeli
*** ADmiNistRatoR ***
*** ADmiNistRatoR ***
AzeriGuzeli


İsmarıc sayı : 129
Join date : 13/05/09
Age : 32

AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: Geri: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeC.a. İyun 04, 2009 3:54 pm

Ele muellimler var ki apastrof isaresinden hele de istifade edirler...Onda biz sagirdlerin gunahi nedi???
Əvvələ qayıt Aşağa gitmek
http://azshine.aydaforum.ru
x_lady
*** JurNaLisT ***
*** JurNaLisT ***
x_lady


İsmarıc sayı : 167
Join date : 02/06/09
Age : 30
Şəhər/ölkə : AZERBAYCAN\BAKI

AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: Geri: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitimeC. İyun 05, 2009 4:57 pm

he birde elave edim ki ozleri elel yazirlar basa salirlar ancaq yoxlama yazanda onu elel qeseng sehfsayirlar ki...hemde diyirler ki men bele dimisem de niye oyrenmirsen
adlarini da muellim qoyurlar
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Empty
Yeni mövzuMövzu: Geri: AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları   AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
AzərbaycaN Dilinin Orfoqrafik Qaydaları
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» AzərbaycaN MədəniyyəTi DünYaDa...

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
AzShinE.AydaForuM.Ru  :: AzərbaycaN :: Ədəbiyyatımız-
Keç: