AzeriGuzeli *** ADmiNistRatoR ***
İsmarıc sayı : 129 Join date : 13/05/09 Age : 32
| Mövzu: QIZ MƏNİ SARIYIB BARMAQLARINA... C.a. İyun 04, 2009 2:37 pm | |
| QIZ MƏNİ SARIYIB BARMAQLARINA
İllərdir yanıram atəşə, oda, Indi birdən- birə düşmüşəm yada. Ya sevir, dönəcək, sevəcək, ya da, Qız məni sarıyıb barmaqlarına.
Gün ayrı tərəfdən çıxır deyəsən, Çaşıbdır, nömrəmi yığır deyəsən, Məni sevmirdi ki, baxır, deyəsən, Qız məni sarıyıb barmaqlarına
Tutub mənə qarşı sevda gülünü, Yaman işə salıb yağlı dilini, Əlimin üstünə qoyub əlini, Qız məni sarıyıb barmaqlarına.
Yalan sevgilərdən doyubdur bəlkə, Ahımı eşidib, duyubdur bəlkə, Qarşına bir məqsəd qoyubdur bəlkə, Qız məni sarıyıb barmaqlarına?
Bax bunu fikrinə, dərd- azarına, Edib etdikləri gəlmir karına, Güvənib könlümün etibarına, Qız məni sarıyıb barmaqlarına
Elə zənn eyləmə yarımışam mən, Bilsin, bahar deyil, hələ qışam mən. Ona öz könlümü sarımışam mən, Qız məni sarıyıb barmaqlarına...
Fikirlerinizi bildirmeyi unutmayin!!! | |
|
x_lady *** JurNaLisT ***
İsmarıc sayı : 167 Join date : 02/06/09 Age : 30 Şəhər/ölkə : AZERBAYCAN\BAKI
| Mövzu: Geri: QIZ MƏNİ SARIYIB BARMAQLARINA... C. İyun 05, 2009 5:00 pm | |
| tskler canim cox menali seir idi ellerien sagliq yeri var gozlerim dolacaqdi az qala amma dolmadi cunki menim goz yaslarim ujey quruyub... | |
|